Vizit kartlar

Vizit kart nədir? Niyə önəmlidir? Vizit kartlar necə hazırlanır?

Vizit kartı, insanların və təşkilatların özləri üçün kiçik və fərqli kartlarla tanıtmasına imkan verən vacib korporativ kimlik elementidir. Digər bir ifadə ilə vizit kart, üzərində tanıdıcı məlumatların yer aldığı istisnasız bir korporativ kimlik elementidir. Korporativ bir davranış stili olaraq vizit kart alış-verişi, korporativ mədəniyyətin simboludur.

Vizit kartda hansı məlumatlar olmalıdır?

  • Şirkət loqosu / adı
  • Şəxsin adı – soyadı
  • Şəxsin vəzifəsi / statusu
  • Ofis və ya mobil nömrəsi
  • Faks (Günümüzdə çox ehtiyac olmamaqla birlikdə hələ də istifadə olunmaqdadır.)
  • Korporativ və ya şəxsi e-mail ünvanı
  • Korporativ web site ünvanı
  • Ünvan

Bütün bunlar təxmini bir vizit kartda olması tələb olunan məlumatlardır. İstəyə görə mobil nömrə, faks nömrəsi yazılmaya bilər. Yenə istəyə görə vizit karta QR kod əlavə oluna bilər. Bəzi vizit kartlarda sadəcə təşkilat loqosu, şəxsin adı-soyadı və vəzifəsi olduğu görünür. Güclü sadəlik vacibdir, ancaq yenə də vizit kartlarınızda müəyyən məlumatların yer almasında fayda var.

Vizit kart niyə vacibdir?

Hərhansı bir mühitdə  tanış olunanlarla vizit kart alış-verişi edilərək qarşı tərəf üzərində bir iz qoyulur. Vizit kart, qarşımızdakı insana təmas etməməyimizi təmin edər. Vizit kart, korporativ əlaqə / iş münasibəti üçün vacib olduğu qədər tüketiciyle / hədəf kütləylə əlaqə üçün də önəmlidir.

Vizit kart necə olmalıdır?

Klassik vizit kart ölçüsü 8.6 x 5.4 cm və 9 x 5 cm şəklindədir. Daha böyükləri pulqabı və b. yerləşməyəcəyi üçün özü ilə aparamama, başqa bir ifadə ilə desək çəkməcəyə qoymaq yəni unudulma riski var. Qısacası standart ölçülərdən fərqli vizitkartlar asanlıqla itə bilər. Ona görədə çox tərcih edilmir.

Vizitkartlar üçün müxtəlif növ kağız materialları və çap növləri vardır: məxməri, metal, müxtəlif qramajlarda kağızlar; lazer çapı, ofset çapı, rəngli boya üsulu ən çox istifadə olunanlardandır.